14 Mart 2017 09:29
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Nazirlər Kabinetinin iclasında Hollandiyanın addımlarına qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı qərarlar qəbul edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini və hökumətin sözçüsü Numan Kurtulmuş məlumat verib.

Onun sözlərinə görə, ilk qərarda məzuniyyətdə olan Hollandiyanın Ankaradakı səfirinin Türkiyəyə buraxılmaması ilə bağlı olub: "Ölkələr arasında planlaşdırılan bütün rəsmi səfərlər təxirə salınıb. Bundan başqa, Türkiyə Böyük Millət Məclisində Hollandiya parlamenti ilə birlikdə yaradılan dostluq qrupu ləğv edilib".

Qeyd edək ki, ötən şənbə Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib. Bu siyasi böhranın ardından ailə və sosial siyasət naziri Kaya Rotterdamda mühafizəçiləri ilə birlikdə həbs olunub və Almaniyaya ekstradisiya edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər