Türkiyə ilə Ukrayna arasında imzalanan razılaşmaya görə artıq şəxsiyyət vəsiqəsi ilə ölkələrarası səfər həyata keçirmək mümkün olacaq.
Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım ukraynalı həmkarı Vladimir Qroysman ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
“Ukrayna ilə turizm sahəsindəki əlaqələrimiz getdikcə inkişaf edir. Ötən il Ukraynadan 1 milyon çox turist qəbul etmişik. Yeni razılaşma ilə ölkələr arasında daha çox gediş-gəlişin olacağını ümid edirik. Həmçinin hava yolları ilə bağlı müəyyən yeniliklərə ehtiyac var”, - Yıldırım əlavə edib.
Axar.az