İngiltərənin “Times” qəzeti türkiyəli nazirlərin mitinqlərini qadağan edən Avropa ölkələrini xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, qəzetdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndələrinə maneə törətməyin Qərb dəyərlərinə xəyanət olduğu vurğulanıb: “Sülhpərvər nümayiş legitim haqqdır”.
Avropa və Hollandiyanın ikiüzlülüklə ittiham edildiyi məqalədə türk nazirlərinin Avropa ölkələrindəki mitinqlərinin ləğv edilməsi də pislənib. Hollandiyadakı Mark Ryutte hökumətinin türk nazirlərinə qarşı irqçi addımlar ataraq, təhlükəli bir yola qədəm qoyduğuna diqqət çəkilib.
Times qəzetindəki məqalənin sonunda Avropa ölkələrinə ifadə azadlığına sadiq qalmaları haqqında çağırış edilib.
Samir