Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasının iclasından qovulub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Jirinovskinin dumadakı çıxışı olub. O, seçki kampaniyaları zamanı partiyasının namizədlərinə təhdid edən şəxslərə səslənib: "Növbəti ilin martında Kremlə gələcəm və o deputatları asıb güllələyəcəm". Jirinovski həmin deputatları əclaf adlandırıb.
Bundan sonra, Dövlət Dumasının sədir Vyaçeslav Volodin Jirinovskini digər fraksiya deputatları ilə birlikdə zaldan qovub.
Elvin