İraqın Tikrit şəhərində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində azı 8 nəfər ölüb, 52-si isə yaralanıb.
Axar.az xəbər verir ki, partlayış tibb müəssisələrinin yerləşdiyi ərazidə baş verib.
Teraktla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.