İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Livanın “Əl-Məyadn” telekanalına müsahibəs verib.
Telıeqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, müsahibə zamanı Tehranla Ankara münasibətlərindən, Amerikanın İrana qarşı sanksiyalarından, Səudiyyə Ərəbistanı və İsraildən və nüvə sazişindən danışıb.
Zərif bildirib ki, Səudiyyə Ərəbistanı və İsrail, İranla Qərb arasında nüvə sazişinin əldə olunmasının qarşısını almağa çalışıblar. Lakin saziş imzalanandan sonra indi də onun icrasına mane olmağa cəhd edirlər: “Amerikanın yeni hökuməti başa düşəcək ki, İrana qarşı sanksiyalar qoymağın heç bir xeyri yoxdur. Vaşinqton gec-tez anlayacaq ki, ən yaxşı seçim, nüvə sazişini icra etməkdir. Türkiyə ilə münasibətlərə gəlincə, bu ölkə bizim mühüm qonşumuzdur. Bizim Türkiyə ilə dost münasibətlərimiz var. Lakin onlar terrorçulara dəstək verməməli, onların əlinə silah-sursat çatdırılmasının qarşısını almalıdırlar. Türkiyə bölgənin mühüm və təyinedici ölkələrindən biridir”.
Samir