İstanbulda İŞİD hücrələrinə qarşı keçirilən əməliyyatlar zamanı iki şübhəli saxlanılıb. Məlum olub ki, terrorçular ötən ilin yeni il axşamında baş verən Reina hücumuna bənzər yeni bir terror aktı hazırlamaq niyyətində imiş.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun terrorla mübarizə polisi İŞİD-in yeni il gecəsi Reinada təşkil etdiyi hücuma oxşar terror aktına hazırladığını müəyyən edib. Bunun ardınca İŞİD hücrələrinə qarşı əməliyyat hazırlanıb və nəticədə iki şübhəli saxlanılıb.
Əməliyyat zamanı terrorçulardan AK 74 markalı silah və 500 güllə ələ keçirilib. Polis ehtimal edir ki, İŞİD yaxın günlərdə yeni bir terror aktı həyata keçirmək ərəfəsində imiş.
Cavad