Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 24 nəfər həlak olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiyaya məxsus döyüş təyyarəsi Hələbin Etarib mahalı yaxınlarındakı Cina kəndində namaz zamanı məscidi bombalayıb.
Mülki müdafiə qrupları kənd sakinləri ilə birlikdə hücuma məruz qalmış məscidin dağıntıları altında qalanları xilas etməyə çalışır.
Namaz zamanı məsciddə 200-300 adam olub. Ölü sayının artacağı proqnozlaşdırılır.