18 Mart 2017 00:52
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 15 min qaçqını Avropa Birliyinə göndərməklə hədələyib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara 2016-cı ilin martında Avropa Birliyi ilə imzalanmış miqrant razılaşmasını poza biləcəyini bəyan edib.

Bu razılaşmada Türkiyənin Avropa Birliyinə keçən qanunsuz miqrantları geri alması və əvəzində onları ölkə ərazisində yerləşdirmək üçün Avropa Birliyinin Türkiyəyə milyonlarla vəsait ayırması nəzərdə tutulur.

Türkiyə ilə Avropa Birliyi arasında son mübahisə türkiyəli nazirlərin Niderland və Almnaiyada mitinqlər keçirmələrinə icazə verilməməsi olub.

Bu mitinqlərdə məqsəd Türkiyədə konstitusiya düzəlişləri ilə bağlı qarşıdan gələn refertendumla əlaqədar türk icmaları arasında təbliğat aparmaq idi.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu martın 15-də Avropa Birliyi ilə miqrant razılaşmasından çıxmaqla hədələmişdi.

Daxili işlər naziri Süleyman Soylu isə martın 16-da bildirib ki, Ankara qaçqınların Avropa Birliyinə yolunu açmaqla Brüsselin beynini qarşıdıra bilər.


Müəllif:

Oxşar xəbərlər