18 Mart 2017 00:42
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın sabiq maliyyə naziri Corc Osborn (George Osborne) Londonda nəşr olunan "Evening Standart" qəzetinin baş redaktoru təyin edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ötən il ölkənin Brexit referendumundan sonra baş nazir Tereza May Osbornu vəzifəsindən azad etmişdi.

Sabiq maliyyə nazirinin adı son dəfə həftədə bir gün işlədiyi maliyyə şirkətindən 650 min sterlinq (təqribən 800 min dollar) alarkən qeyd olunmuşdu.

Onun həmçinin 6 ay ərzində 15 məruzədən 800 min funt sterlinq (təqribən bir milyon dollar) almasına diqqət yetirilirdi.

Osbornun "Evening Standart" qəzetindən alacağı maaş açıqlanmır. Peşəkar jurnalist olmayan 45 yaşlı sabiq hökumət üzvü həftədə 4 gün çalışacaq.

2010-cu ildə hökumətin sərt iqtisadi siyasətinin memarı olan Corc Osborn rusiyalı milyarder Yevgeniy Lebedevə məxsus qəzeti cəsur nəşrə çevirəcəyini bildirib.

"Evening Standart" qəzeti rusiyalı milyarder Yevgeniy Lebedevə məxsusdur
"Guardian" qəzetinin yazdığına görə, Corc Osborn millət vəkili kimi ildə 75 min funt sterlinq (92 min dollar) qazanır.

Bundan başqa o, ABŞ-da respublikaçı senator Con Makkeynin (John McCain) təsis etdiyi araşdırma mərkəzindən ildə 150 min dollar alır.

Osborn həmçinin ailəsinə məxsus divar kağızı şirkətindən ildə 55 min dollar gəlir əldə edir.

Osborn hələ yayımlanmayan "Age of Unreason" (Məntiqsizlik dövrü) adlı kitabı üçün 123 min dollar avans almışdı.


Müəllif:

Oxşar xəbərlər