Liviyanın Tripoli şəhərində silahlı şəxslər bir qrup etirazçını güllələyib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, Şühəda meydanına toplaşan etirazçılar qeyri-qanuni fəaliyyət göstərən silahlıların şəhərdən çıxarılmasını tələb ediblər.
Belə ki, nümayişdə Liviya Milli Ordusunun komandanı Mareşal Xəlifə Haftarın lehinə şüarlar səsləndirilib və ondan Tripoli əhalisinin silahlı şəxslərdən qorunması tələb edilib.
Qeyd edək ki, bu şüarlardan sonra naməlum silahlı şəxslər etirazçıları gülləbaran edib.
Olay nəticəsində ölən və yaralananların sayı ilə bağlı məlumat yoxdur.