19 Mart 2017 17:52
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin sədri Əli Laricani Novruz bayramı münasibəti ilə qonşu ölkələrin parlament sədrlərinə ayrı-ayrılıqda təbrik məktubları yazaraq, regionda xarici təhdidlərin qarşısında dayanmaq üçün birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Teleqraf.com İran mediasına istinadla xəbər verir ki, Laricaninin Azərbaycan Respublikası,Türkmənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Türkiyə və Özbəkistanın parlament sədrlərinə yazdığı təbrik məktubunda deyilir:

“İran qonşu ölkələrlə regional məsələlər barədə əməkdaşlıq aparmağa hazırdır. İnanıram ki, bölgədəki mövcud problemlərin həlli və təhdidlərin qarşısını almaq bütün ölkələrin, o cümlədən də qonşu ölkələrin bir-biri ilə konstruktiv əməkdaşlığından asılıdır. Şübhəsiz ki, parlamentlərarası danışıqlar regionda davamlı sabitliyin, təhlükəsizliyin yaranmasına və qorunub saxlanılmasına, eləcə də ölkələrimiz arasındakı dost münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər