19 Mart 2017 12:04
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident seçkisində 11 namizəd mübarizə aparacaq”. Teleqraf.com xəbər verir ki, bunu Fransa Konstitusiya Şurasının sədri Loran Fabius açıqlayıb.

Onun sözlərinə görə, püşkatmanın nəticələrinə görə, namizədlərin adları seçki bülleteninə bu ardıcıllıqla daxil ediləcək: “Qalx, Fransa” partiyasının sədri Nikolya Düpon-Enyan, “Milli Cəbhə”nin rəhbəri Marin Le Pen, “İrəli” Hərəkatının lideri Emmanuel Makron, Sosialist Partiyasının namizədi Benua Amon, ultra sol “İşçilərin mübarizəsi”nin namizədi Natali Arto, “Yeni antikapitalist partiya”nın lideir Filipp Putu, “Həmrəylik və inkişaf” partiyasının qurucusu Jak Şeminad, mərkəzçi deputat Jan Lasal, ultra sağçıların nümayəndəsi Jan-Lyuk Melenşon, “Xalq-respublika ittifaqı”nın lideri Fransua Aselino və “Respublikaçılar”ın namizədi Fransua Fiyon.

Qeyd olunur ki, seçkidə namizədliyin qeydə alınması üçün müxtəlif sosial qrupları təmsil edən ən azı 500 xalq seçilmişinin imzasını toplamaq tələb olunub.

Onu da bildirək ki, 2016-cı ilin noyabrın 20-də Respublikaçılar Partiyasının sədri, eks-prezident Nikola Sarkozi öz namizədliyini geri götürdü və siyasi karyerasının başa çatdığını elan etdi. On gün sonra – dekabrın 1-də hazırkı prezident, Sosialist Partiyasının namizədi Fransua Olland ikinci müddətə seçilmək niyyətində olmadığını rəsmən açıqladı.

Seçki iki tur üzrə keçiriləcək. Aprelin 23-nə seçkinin birinci turu, mayın 7-nə ikinci turu təyin olunub. Bu seçki Beşinci Respublikada (1958-ci ildən günümüzədək) sayca 11-ci prezident seçkisi olacaq. Seçki nəticəsində Fransanın növbəti 5 il üçün prezidenti müəyyənləşəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər