Avropa komissiyası Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə danışıqlara başlamağa hazırdır.
Bunu Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas deyib. Onun sözlərinə görə, danışıqlar martın 29-u başlayacaq.
"Biz danışıqlara başlamağa hazırıq. Biz danışıqların başlamasına dair məktubu gözləyirik və bilirik ki, o, martın 29-da təqdim olunacaq", - M. Sxinas deyib.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Aİ-dən çıxma prosedurunun başlamasını martın 29-də elan edəcəyi barədə öncə məlumat verilib.
/Trend/