20 Mart 2017 23:28
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqat Bürosunun direktoru James Komi (James Comey) xüsusi xidmətin Rusiyanın ABŞ-da prezident seçki kampaniyasına müdaxiləsi ilə bağlı istintaq aparmasını təsdiqləyib.

Azad Avropa və Azadlıq Radiosunun (RFE/RL) məlumatına görə, o bunu ABŞ Konqresi Nümayəndələr palatasının kəşfiyyat komitəsində keçirilən dinləmələr zamanı deyib.

Komi bildirib ki, adətən Federal Təhqiqat Bürosu istintaqı təsdiqləmir.

Amma istisna hallarda bu mümkündür və belə hallarda bu cür istintaq istisna deyil.
Komi qeyd edib ki, istintaqla bağlı hər şey məxfi olacaq və bunda kimlərin iştirak etməsi barədə açıqlama verilməyəcək.


Müəllif:

Oxşar xəbərlər