Yaponiyanın Baş naziri Şinzo Abe və Fransa Prezidenti Fransua Olland iki ölkə arasında atom sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Teleqaf.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata əsasən, Fransa Şinzo Abenin Avropaya səfəri çərçivəsində ziyarət etdiyi ikinci ölkədir. Bu ölkələr arasında əməkdaşlıq barədə rəsmi razılaşmanı Yaponiyanın iqtisadiyyat naziri Hiroşiqe Seko və Fransanın ekologiya, dayanıqlı inkişaf və energetika naziri Seqolen Ruayal imzalayıblar.
Abe və Olland Hind okeanından Sakit okeanadək olan sularda qanun-qaydanın gözlənməsi üçün də sıx əməkdaşlıq barədə razılığa gəliblər. Əlavə olaraq, Çinin dənizdə fəallaşması ilə əlaqədar birgə təlimlərin keçirilməsi barədə razılıq əldə edilib.