Suriya dövlətinə və xalqına qarşı xarici dövlətlərin dəstəyi ilə törədilən terror aktları ilə bağlı lazımi sənədlər toplanaraq, beynəlxalq məhkəməyə göndəriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Suriya Ədliyyə naziri Necm Əhməd deyib.
“Bəzi ərəb ölkələrinin terror qruplarına dəstək verməsi ilə bağlı əlimizdə sənədlər var. Həmin sənədləri toplayıb müvafiq məhkəmələrə təqdim edəcəyik və terroru yayanlar barədə cinayət işi qaldırılacaq”, - nazir əlavə edib.