Şimali Koreya Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Reks Tillersonun sanksiyaların tətbiqi və hərbi müdaxilə barədə xəbərdarlığına sərt cavab verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Reks Tillersonun açıqlamasının Pxenyan hökumətini qorxutmadığı qeyd olunub. Bildiirlib ki, Şimali Koreyanın nüvə gücü çox qiymətli ədalət silahıdır və xalqın qorunması üçün ən etibarlı silahdır: “Əgər iş adamına çevrilmiş ABŞ rəsmiləri Şimali Koreyanı qorxudacaqlarını düşünürlərsə, bilməlidirlər ki, bu vasitələr işə keçmir. ABŞ Şimali Koreyanın nüvə gücünü qəbul etməlidir”.
Samir