Norveç 15 iyul Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan 4 türk zabitə sığınacaq verib.
Teleqraf.com "CNNTÜRK"ə istinadla xəbər verir ki, bununla bağlı Norveç Miqrasiya İdarəsi qərar qəbul edib.
Qərarla türkiyəli zabitlər burada yaşama və işləmə hüququ əldə ediblər.
Eksperlər bu qərarın Türkiyə ilə NATO müttəfiqi olan Norveçdə qəbul edilməsini son günlərdə gərginləşən Avropa-Türkiyə münasibətlərini daha da pisləşdirəcəyini bildirirlər.
Samir