22 Mart 2017 20:16
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatının 180-dən çox rəhbərini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Məlumata görə, koalisiya aviasiyası İŞİD-in mövqelərinə 19 mindən çox zərbə endirib. Nəticədə onminlərlə yaraqlı, o cümlədən 180-dən çox yüksək və orta vəzifəli qruplaşma lideri zərərsizləşdirilib. Onların arasında İŞİD lideri Əbubəkr əl-Bağdadinin demək olar ki, bütün müavinləri, qruplaşmanın qondarma informasiya, neft və qaz, maliyyə və hərbi nazirləri, həmçinin xarici kəşfiyyat rəhbəri də var.


Müəllif:

Oxşar xəbərlər