ABŞ-da kommersiya xam neft ehtiyatları ötən həftə ərzində 5 milyon barel artaraq 533,1 mln. barelə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Enerji İnformasiyaları İdarəsinin (EIA) hesabatında qeyd olunur.
Bir həftə əvvəl ABŞ-da neft ehtiyatları 200 min barel azalaraq 528,2 mln. barelə düşmüşdü.
ABŞ-da neft idxalı həftə ərzində əvvəlki həftə ilə müqayisədə sutkada 902 min barel artaraq 8,3 mln. barelə çatıb.