23 Mart 2017 10:35
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ali Məhkəməsi dini inkar edən məlumatların yayımına son qoymadığı təqdirdə ölkə ərazisində sosial şəbəkələrin bağlanması haqqında qərar qəbul edə bilər.

“Express Tribune” qəzeti Ali Məhkəmənin hakimi Şaukat Aziz Siddikiyə istinadən yazır ki, martın 27-də keçiriləcək məhkəmədə Facebook-un ölkə ərazisində müvəqqəti bloka salınması ilə əlaqədar qərar qəbul oluna bilər. Artıq Facebook və digər sosial şəbəkələrin rəhbərlərinə bu haqda məlumat verilib. Facebook-un rəhbərliyi danışıqlar aparmaq üçün Pakistana nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib və məsələni araşdırmaq üçün vaxt istəyib.

Xatırladaq ki, martın ortalarında Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif sosial şəbəkələrdən dini inkar edən məlumatların təmizlənməsi haqqında sərəncam verib. Baş nazir bildirib ki, dini, Allahı inkar edən, insanların dini duyğuları ilə oynayanlar qanun yolu ilə cəzalandırılmalıdır.


Müəllif:

Oxşar xəbərlər