Kiyevdə Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovu qətlə yetirən şəxs əməliyyat masasında ölüb.
Teleqraf.com Virtualaz.org-a istinadən bildirir ki, bu haqda Ukraynanın “Vesti” nəşrinin əməkdaşlarına güc struktutlarının yaralı qatilin çatdırıldığı xəstəxananı qoruyan əməkdaşlarının danışığından məlum olub.
Onlardan biri "Hazırdır, rəhbərliyi çağırın" deyib.
TASS Ukraynanın İctimai televiziyasına istinadən xəbər verir ki, qatilin öldüyü haqda informasiyanı həkimlər də təsdiq ediblər.