Fransa vətəndaşı Mərkəzi Afrikada oğurlanıb.
Bu barədə "Agency France Presse" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Çad Respublikasının şərqində, Abeşe şəhərində baş verib. Oğurlanmış şəxsin kimliyi açıqlanmır.
Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, oğurlanan şəxs mülki vətəndaşdır. "Hazırda onun azad edilməsi üçün bütün vasitələrdən istifadə edilir" – deyə Fransa XİN-dən bildirilib.
Xatırladaq ki, Çadda Fransa vətəndaşı sonuncu dəfə 2009-cu ilin noyabrında, Sudanın radikal qruplaşması tərəfindən, vətəndaş müharibəsinin getdiyi Darfur regionunda oğurlanmışdı.
/Report/