Ən inkişaf etmiş ölkələrdə belə insanın həyat ömrünün 80-85 il olduğu bəllidir. Ancaq dünyada elə insanlar var ki, daha çox yaşayır.
Teleqraf.com hurriyet.com-a istinadla xəbər verir ki, çinli döyüş ustadı Li Çing-Yuan 256 il yaşayıb.
Onun həqiqətən də 256 il yaşaması əfsanə deyil, həqiqətdir. Yeri gəlmişkən qeyd edək ki, “Time” jurnalı da Li Çing-Yuanın 256 il ömür sürməsi haqqında reportaj yayıb.
1930-ci ildə “New York Times” öz məqaləsində Li Çing-Yuanın1827-ci ildə 150 illik yubileyini qeyd etdiyini açıqlayıb.
Çengdu Universitetinin professoru Vou Çung Çien 1877-ci ildə Li Çing-Yuanın 200 yaşını tamamladığını ifadə edib. 1928-ci ildə “New York Times”-in müxbiri Linin qonşuları ilə görüşüb və görüşdüyü şəxslər bildirib ki, babaları ustad Linin yoldaşı olublar.
Daha çox Çində botaniklim, döyüş ustadı kimi tanınan Li Çing-Yuanın 1736-cı ildə doğulduğu göstərilsə də, onun doğum tarixi 1677-ci ildən götürülür. Bu doğum tarixlərinə əsasən ustad Linin 1993-cü ildə vəfat etməsi səbəbindən onun yaşı 197 və ya 256 hesab olunur.
Hər iki halda Li Çing-Yuan dünyada ən çox yaşayan şəxs kimi tarixə düşür.
Li Çing-Yuan həyatının çoxunu dağların ətəklərində bitki yığaraq və uzun həyat sürməyin sirrini araşdıraraq keçirib. Bu şəxs bitkiçilik elmi üzrə karyerasını 10 yaşından başlayıb, otlar yığıb və ömrü uzatmağın sirlərini öyrənib. Az qala 40 il müddətində göbələk, üzüm, düyü şərab və digər bu kimi təmiz məhsullarla qidalanıb.
1749-cu ildə 71 yaşında döyüş ustadı olaraq Çin ordusuna qatılan Linin 23 dəfə evləndiyi, 200-dən çox övladının olduğu və çox sevildiyi qeyd olunur. Linin tələbələrindən biri iddia edib ki, ustadı o zamanlar yaşı 500-ə yaxınlaşan bir kişiyə rast gəlib və ondan döyüş sirlərini öyrənib, qidalanma haqda məsləhətlər alıb.
Li Çing-Yuan Çinin Szeçuan əyalətində 6 may 1993-cü ildə vəfat edib. Onun ölüm anında son sözləri belə olub: “Bu dünyada vacib olan hər şeyi etdim”.
Cavad