Bolqarıstanda nümayişçilər Türkiyə ilə sərhədi bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Bolqarıstanda martın 26-da seçkilər keçiriləcək. Bu səbəbdən bolqarıstanlı nümayişçilər Türkiyədən bu ölkəyə gedib səs verənlərin qarşısını almaq üçün sərhədi bağlayır, onların bu ölkəyə daxil olmasını əngəlləyir.
Eyni zamanda Türkiyədən gedənlərin nümayişçilərin olduğu bölgəyə keçməsinə icazə verilmir.
Bu arada Anadolu Agentliyi xəbər yayıb ki, Bolqarıstanda həddən artıq milliyyətçi qrupun hərəkətləri haqda xəbərlər vermək istəyən türk jurnalistlərə də ölkəyə giriş icazə verilməyib. Hazırda jurnalistlər neytral zonada durumun sonunu gözləyir.
Cavad