24 Mart 2017 15:27
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə hərbi yaxınlaşması tərəflər arasında silah ticarəti imkanlarını da gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, İranın ardınca Türkiyə də hərbi arsenalını Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemi ilə zənginləşdirmək niyyətindədir.

Türkiyə tərəfi S-400 kompleksini almaq niyyətindədir və bu məqsədlə yaxın gələcəkdə İstanbulda keçiriləcək Dünya Enerji Konqresində Rəcəb Tayyib Ərdoğanla Vladmir Putin arasında bu məsələ müzakirə ediləcək.

Belə görünür ki, tərəflər arasında ümumi anlaşma əldə edilib, sadəcə işin maliyyə tərəfi qalıb, bunu da dövlət başçıları müzakirə edəcək.

Rusiya prezidenti Putinin hərbi və texniki məsələlər üzrə müşaviri Vladimir Kojin bildirib ki, Türkiyənin NATO üzvü olması bu ölkənin S-400 hava müdafiəsi sisteminə sahib olmasına hər hansı maneə yaratmır.

Qeyd edək ki, bir müddət əvvəl Moskva S-400 mövzusunda Türkiyə ilə anlaşma əldə etdiyini açıqlayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər