Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirədəki hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, bu barədə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.
Bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq Hüsni Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.
88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu. 30 il Misirdə hakimiyyətdə olan Hüsnü Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.
2014-cü ildə hərbçilər yenidən hakimiyyətə gəldikdən sonra Hüsnü Mübarək bəraət alıb.
Teleqraf.com Türkiyənin "Haber7" saytına istinadla xəbər verir ki, eks-prezident evə buraxılarkən hosbitalın yerləşdiyi məhəllədə partlayış baş verib. 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Partlayışın kim tərəfindən törədildiyi bilnmir.
MAHİR