Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Surixdə İsveçrənin xarici işlər naziri Didier Burkhalterlər bir araya gəlib və müzakirələr aparıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı nazir Çavuşoğlu İsveçrədə türklərin qeyri-qanuni izləndikləri haqda danışıb, bunun narahatlıq doğurduğunu dilə gətirib.
Görüşdən sonra nazir Didier Burkhalterlər Ankaranın İsveçrədə yaşayan türklərin fəaliyyətinin təqib edildiyi iddiası ilə bağlı qayğılarını ifadə edib.
Nazir eyni zamanda deyib ki, ifadə azadlığı İsveçrənin tanıdığı universal dəyərdir və İsveçrə də bunun əhəmiyyətinin həm İsveçrədə, həm də Türkiyədə önəm daşıdığına ümid edir. Nazir verdiyi şərhdə qeyd edib ki, İsveçrənin “qeyri-qanuni kəşfiyyat fəaliyyətləri” ciddi araşdırılacaq.
Xatırladaq ki, Almaniya və Hollandiyada bəzi Türkiyə rəsmilərinin referendum təbliğatına qadağa qoyulduqdan sonra İsveçrədə şəhər rəhbərlikləri hökumətə Türkiyə rəsmilərinin səfərlərinin dayandırılması istiqamətində təzyiqlər edib. Lakin Bern hökuməti ifadə azadlığını səbəb göstərərək məhdudiyyət tələblərini rədd edib.
İsveçrə Xarici İşlər Nazirliyinin məlum görüşlə bağlı şərhində qeyd edilir ki, nazir Didier Burkhalterlər Çavuşoğluna 15 iyul çevrilişinə cəhddən sonra Türkiyənin durumunu anladığını, ancaq Fətullah Gülən camaatı ilə əlaqələri səbəbindən həbs edilən və ya vəzifədən uzaqlaşdırılandan da narahat olduqlarını söyləyib.
Bundan başqa, isveçrəli nazir Türkiyədə fövqəladə vəziyyətin elan edilməsini bu ölkənin beynəlxalq insan hüquqlarına dair öhdəliklərindən azad etmədiyini dilə gətirib.
Cavad