Türkiyənin Quşadası sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.
Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, ən azı 11 nəfərin öldüyü bildirlir.
Məlumata görə, qayıqda 22 nəfər olub. Onlardan 7 xilas edilib, 4 nəfərin axtarışı davam edir.