25 Mart 2017 15:52
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının 27 ölkəsinin lideri Roma bəyannaməsini imzalayıblar.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bəyannamə Brexit-i dəstəkləyən Böyük Britaniyanın birliyi tərk etməsindən sonra Avropa İttifaqının gələcək addımlarını müəyyən edəcək.

Qeyd edək ki, bu gün İtaliya paytaxtındakı Kapitolidə Avropa İttifaqına üzv 27 ölkənin sammiti başlayıb. Sammit Roma sazişinin imzalanmasının 60-cı ildönümünə həsr olunub. Tədbirdə çıxış edən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bütün çətinliklərə, o cümlədən Böyük Britaniyanın qurumdan çıxmasına baxmayaraq, Aİ-nin mövcudluğunu davam etdirəcəyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər