Martın 25-də milis Minskdə müxalifətin Belarus Xalq Respublikasının yaradılmasının 99 illiyi ilə bağlı yürüş keçirilməsinə imkan verməyib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, “İradəni gücü” adlı yürüşə qatılmaq istəyənlər yürüş keçirləcək meydanın xüsusi texnikanın köməyi ilə bağlandığını görüblər.Bundan başqa metronun əsas üç stansiyasına giriş-çıxış bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiyadan əvvəlsə kütləvi həbslər keçriilib. 130-dan çox adam saxlanılıb. Onların arasında siyasi partiyala, qeyri-hökumət təşkilatları təmsilçiləri və media nümayəndələri var.