25 Mart 2017 23:40
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da sonu ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə Missuri ştatının Sent-Luis şəhərində yaşanıb.

Teleqraf.com Sputnik-ə istinadən xəbər verir ki, naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıb. 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Dünyasını dəyişən şəxsin 15 yaşında olduğu açıqlanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Onun 8 yaşı var. Cinayətkarlar atəş açdıqdan sonra qaçıblar.


Müəllif:

Oxşar xəbərlər