26 Mart 2017 08:41
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun Türkiyəyə edəcəyi səfərin tarixi dəqiqləşib.

Teleqraf.com "Sputnik"ə istinadən xəbər verir ki, Donald Trampa ən yaxın adam hesab olunan Tillerson martın 30-da Ankarada olacaq. Səfər çərçivəsində onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilir ki, Tillerson Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Danışıqlarda NATO-dakı əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin gələcəyi müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər