ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) sabiq əməkdaşı Con Şindler prezident Donald Tramp administrasiyasının Rusiya ilə əlaqələri səbəbindən iqtidardan gedə biləcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik ekspertinin sözlərinə görə, Amerikada prezident seçkiləri kampaniyası zamanı seçkilərə müdaxilə istimaqətində Rusiya ilə əlaqələrin qurulması iddiası istintaqda təsdiqlənərsə, bu, başda prezident Tramp olmaqla administrasiyanın sonunu gətirə bilər:
“Yalnız ətrafındakı insanlar deyil, prezident özü də gələcəkdə bu araşdırmalara cəlb olunarsa, çox pis nəticə alına bilər. Bu səbəbdən o, istəsə də, istəməsə də vəzifəsindən kənarlaşdırıla bilər”.
Mütəxəssis Federal Təhqiqatlar Bürosunu istintaqı, Konqres tərəfindən atılan addımlar və ola biləsi müstəqil bir araşdırma ilə Tramp və qrupunun Rusiya ilə iddia olunan əlaqələrinin qaçılmaz bir şəkildə ortaya çıxacağını ifadə edib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun direktoru James Comey həm Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsi iddiaları, həm də Trampın seçki kampaniyası üzvlərinin Moskva ilə əlaqələri istiqamətində istintaq başlandığını bildirib.
Yeri gəlmişkən, prezident Trampın seçki kampaniyası zamanı yaxın adamı olan Paul Manafort Rusiya lideri Vladimir Putinin maraqları üçün çalışdığı iddia edilir və hazırda onunla bağlı araşdırma aparılır. Manford isə bu iddiaları rədd edir.
Prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Flinn Vaşinqtonda Rusiya səfiri ilə telefon danışığı səbəbindən istefaya gedib.
Cavad