26 Mart 2017 20:28
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbi Azərbaycanın "Neuron Technologies" IT şirkətinin məhsulu olan təhsilin idarə olunması sistemini tətbiq etməyə başlayıb.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, söhbət çoxfunksiyalı platformadan gedir. Bunun üstünlüklərindən həm ali təhsil müəssisələrinin tələbələri, həm də müəllimlər yararlana biləcək.

İ.Ələkbərov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin müəllim heyəti üçün sistemin fəaliyyəti ilə bağlı treninqlər təşkil edilib.

Hazırda bu sistem Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Gömrük Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tətbiq olunur.

Şirkət rəhbərinin sözlərinə görə, təhsilin idarə olunması sistemi tədris mərkəzinin fəaliyyətini avtomatlaşdırmağa, dərslərdə iştirak qeydiyyatını aparmağa, elektron jurnalları tərtib etməyə imkan verir.


Müəllif:

Oxşar xəbərlər