Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı Moskvada, özünün təşkil etdiyi anti-korrupsiya mitinqində həbs edilib.
Teleqraf.com xəbər verir ki, etirazçılar onun polis maşınında aparılmasının qarşısını almağa cəhd ediblər.
Minlərlə adam ölkə boyu keçirilən mitinqlərə qoşulub və onlarla fəal həbs olunub.
Etirazçılar "Putinsiz Rusiya!" və "Putin oğrudur!" kimi şüarlar səsləndiriblər.