Avropa İnvestisiya Bankı Çinə 500 milyon avro həcmində kredit verəcək.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İnvestisiya Bankının vitse-prezidenti Conatan Teylor söyləyib. O, bu pulların daha çox ekoloji təmiz texnologiyaların inkişafına sərf ediləcəyini bildirib.
Qeyd edək ki, keçən il Çin Avropa İnvestisiya Bankından 298 milyon avro kredit almışdı.