Fransa prezidentliyə namizəd Marin Le Pen bildirib ki, Avropa İttifaqı dünyanın siyasi xəritəsindən yox olmaq üzrədir.
Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, tərəfdarlarına müraciəti zamanı Le pen Fransanı qloballaşmadan qoruyacağını bildirib.
Milli Cəbhənin lideri Marin Le Pen bəyan edib ki, Donald Trampın ABŞ prezidenti seçildikdən və Böyük Britaniyadakı referendumdan sonra, Fransada keçiriləcək seçkiləri "insanların qlobal üsyanı" kimi təsvir edib və bunun növbəti addım olacağını bildirib.
"Avropa İttifaqı məhv olacaq, çünki o, insanlara daha lazım deyil. Təkəbbürlü hehemoniyaların qisməti yer üzündən yox olmaqdır ", - Le Pen deyib.
"Qlobalistləri darmadağın etmək zamanıdır", - deyən Le pen, seçkilərdə əsas rəqibləri olan Emmanuel Makron və Fransua Fiyonu Avropa İttifaqı və bazarın maraqlarına görə "xəyanətdə" ittiham edib.