27 Mart 2017 16:19
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva məhkəməsi dünən keçirilən etiraz aksiyası zamanı həbs olunan Aleksey Navalnı ilə bağlı qərar çıxarıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, Navalnı irəli sürülən ittiham üzrə təqsirli bilinib.

O, icazəsiz aksiya təşkil etdiyinə görə 20 min rubl (600 AZN) cərimələnib. Həmçinin, etiraz aksiyasında polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün məhkəmə tərəfindən ona 15 sutka həbs cəzası verilib.

Samir


Müəllif:

Oxşar xəbərlər