27 Mart 2017 20:58
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı Terror Örgütü (FETÖ) və erməni jurnalist Hrant Dinkin qətlilə bağlı həbs edilən İstanbul Polisi Kəşfiyyat İdarəsinin Şöbə rəisi Əli Fuat Yılmazerin qızları vəkil Fatma Saadet Yılmazer və hüquq fakültəsinin tələbəsi Rabia Fitnat Yılmazer "silahlı terror təşkilatlarına üzv olmaq" ittihamı ilə həbs ediliblər.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslərin istifadə etdikləri telefonlarda FETÖ-nün gizli mesajlaşma proqramı "ByLock" xidməti olub. Bu, Milli İstikbarat Təşkilatının (MİT) sənədlərində də təsdiq olunub.

Fatma Saadet Yılmazer və Rabia Fitnat Yılmazerin evində aparılan axtarışlar zamanı "G" və "K" seriyalı çoxlu sayda 1 dollar tapılıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər