Türkiyənin Tunceli vilayətində aparılan əməliyyatlar nəticəsində öldürülən 14 terrorçu arasında PKK-nın bölgə üzrə lideri “Fərhad Dersim” kod adlı Yusif Doğanın da olduğu məlum olub.
Axar.az xəbər verir ki, sözügedən şəxsin terror şəbəkəsinin Dersim qərargahının rəhbəri olduğu bildirilib.