28 Mart 2017 12:45
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Fransanın paytaxtı Parisdə polis 56 yaşlı çinli miqrant Şaoyo Liunu öldürdükdən sonra etiraz aksiyaları başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, paytaxtın 19-cu bölgəsində polis mərkəzinin qarşısında toplaşan yüzlərlə asiyalı miqrant "Şaoyo Liu üçün ədalət", "Polis zorakılığına son", "Səbəbsiz öldürüldü" şüarları səsləndirərək, hadisənin dəqiq araşdırılmasını tələb ediblər.

Polis aksiya iştirakçılarına sərt müdaxilə edib. Qəzəbli kütlə məntəqəyə daxil olmağa çalışıb. Bir qrup nümayişçi isə polis maşınını yandırıblar. Gözyaşardıcı qaz və dəyənəklərlə dağıdılan nümayişçilər arasında yaralananlar var.

Qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb, ən azı 35 nəfər saxlanılıb.

Qeyd edək ki, polisdən verilən açıqlamada Şaoyonun təhlükəsizlik işçilərinə qayçı ilə hücum etdiyi, buna görə ona atəş açıldığı bildirilib. Çinlinin ailəsi isə polisin bu açıqlamasını təkzib edib.


Samir


Müəllif:

Oxşar xəbərlər