Rumıniyanın Ali Kassasiya Məhkəməsi ölkənin sabiq regional inkişaf və turizm naziri Elena Udreanı vəzifə səlahiyyətlərini aşdığı üçün 6 il müddətinə azadlıqdan məhrum edib.
Axar.az xəbər verir ki, sabiq nazir “Qala Bute” işi üzrə mühakimə edilirdi.
Bundan əlavə, 6 nəfər, o cümlədən Rumıniya Boks Federasiyasının sədri Rudel Obreja da həbs edilib.