ABŞ-ın Havay ştat məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasının təxirə salınmasının müddətini uzadıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “The Associated Press” agentliyi məlumat yayıb. Qərar hakim Derrik Uotson tərəfindən çıxarılıb.
Qeyd edək ki, martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib. Martın 16-da ABŞ-ın Havay ştatı məhkəməsi D.Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb. Martın 18-də ABŞ Ədliyə Nazirliyi Havay ştatı məhkəməsinin qərarından apelyasiya verib.
Samir