Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayında ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, regional və beynəlxalq problemlər müzakirə edilib.
Qeyd edək ki, Tillerson dünən gecə saatlarında Ankaraya gəlib. İlk olaraq, baş katib Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı tərəflər Fətullah Gülənin ekstradisiyası və Suriyada YPG-yə dəstək məsələlərini müzakirə ediblər.
Samir