30 Mart 2017 18:54
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrdə kimlərinsə şəxsi hesablarının bağlanması ilə Azərbaycan hökumətinin heç bir əlaqəsi yoxdur. Arif Hacılının ittihamları tamamilə cəfəngiyyatdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat başqanı Arif Hacılının feysbuk profilinin bağlanılması ilə əlaqədar səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr xarici dövlətlərdən idarə olunur: “Kiminsə profili bağlanırsa, burada hakimiyyətin nə rolu var? Ona görə də Arif Hacılı və digər bu kimi şəxslərin ittihamları mənasızdır. Onlar bunu gündəmdə qalmağa görə edirlər”.

Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı feysbuk profilinin bağlanılmasına görə Azərbaycan hökumətini ittiham edir. Onun bu sosial şəbəkənin yaradıcısı Mark Zukerberqi məhkəməyə verəcəyi barədə tvitter hesabında yazdığı tvit birmənalı qarşılanmayıb. Bu tvitə görə Müsavat başqanı məsxərəyə qoyulub.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər