Rusiyada, Kamçatka vilayətinin şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, yeraltı təkanların episentri Ust-Kamçatskdan 76 kilometr aralıda, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.