"ABŞ dövlət katibi Reks Tillersonun Ankara səfəri iki ölkə arasında gərginliyin aradan qaldırılması istiqamətində uğursuz oldu".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Financial Times" nəşri məlumat dərc edib.
Nəşrin iddiasına görə, ABŞ-da Donald Trampın prezident olmasından sonra Anraka ilə gərginləşən münasibəti yenidən qaydasına salmaq üçün təşkil olunan səfərin xəyal qırıqlığı yaradıb:
"Bu, Trampın prezident seçilməsindən sonra amerikalı rəsmi nümayəndənin Ankaraya ilk rəsmi səfəri idi. Səfər çərçivəsində Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü. Ancaq görüşlər zamanı Tillerson ABŞ və Türkiyə arasındakı mübahisəli məsələləri qaydasına salmaq yolunda çox az addım atdı.
Çavuşoğlu amerikalı diplomata YPG-yə dəstək verilməməsi ilə bağlı tələb irəli sürdü. Ancaq Tillerson ABŞ-ın YPG-yə dəstəyini dayandıracağı və ya dayandırmayacağı ilə bağlı heç bir açıqlama vermədi.
Dövlət katibi Bəşər Əsədin taleyi ilə bağlı suala "Buna Suriya xalqı qərar verəcək" cavabını verdi: "Tillerson Fətullah Gülənin ekstradisiyası ilə bağlı da tutralı heç bir məlumat vermədi".
Samir