31 Mart 2017 15:36
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillersondan sonra Dövlət Departamentinin müavini Tomas Şannon Ankaraya səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şannonun iki günlük səfəri aprelin 3-də başlayacaq.

Səfər çərçivəsində o, Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçınla görüşəcək. Görüş zamanı regional və beynəlxalq problemlər müzakirə ediləcək.

Qeyd edək ki, Ankarada səfərdə olan Tillerson dünən Türkiyə prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər keçirib.

Samir


Müəllif:

Oxşar xəbərlər